Paytaxtın Xətai rayonu, Yusif Səfərov küçəsində avtomobil piyadanı vurub. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
37 yaşlı Elnur Hüseynov avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Piyada müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.