Paytaxtın Xətai rayonu, Q.Məmmədov küçəsində avtomobil qaçıran şəxs tutulub. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Əli Hüseynov adıçəkilən ərazidə dayanan “Mercedes” markalı nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.