Paytaxtın Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən rayonda 15 yaşlı Elşad Musayev velosipedlə hərəkətdə olan zaman onu avtomobil vurub. Nəticədə velosipedçi müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.