Bakının Xətai rayonu, Zığ yolu, 32 ünvanında piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Dursunəli İsmayılov idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən piyada, 71 yaşlı Lyudmila Əliyevanı vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.