Paytaxtın Xətai rayonunda azyaşlı uşaq avtoqəzaya düşüb. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
6 yaşlı Mürvət Rüstəmli yolu keçən zaman onu avtomobil vurub. Uşaq müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.