Paytaxtın Xətai rayonunda fəhlə iş başında ölüb. Bu haqda bu gün, 10 aprel tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə Nəcəfqulu Rəfiyev küçəsində yerləşən "Baku Residence" şirkətinə məxsus tikilməkdə olan binada qeydə alınıb. 51 yaşlı Məcnun Bayramov tikilinin 20-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.