Bakının Xətai rayonunda yerləşən bankomatdan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Ərazidə yerləşən bankomatların birində Bakı şəhər sakinindən 1750 manat pul oğurlanıb.
Bakı Şəhər Baş Polis İdarəsi və Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş C.Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.