Bakının Xətai rayonunda avtomobil qaçırılıb. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, fevralın 22-də gecə saatlarında “Chevrolet” markalı avtomobil qaçırılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Elşən Əliyev və Rüzigar Ələkbərov avtomobillə saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.