Paytaxtın Xətai rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 12 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Yanğın adıçəkilən rayonda yerləşən doqquzmərtəbəli binanın 3-cü mərtəbəsində baş verib. Ümumi sahəsi 48 kv.m olan mənzil 1 kv.m sahədə yanıb, otaqlardan birinin döşəmə və divarları ziyan görüb. 1 nəfər mənzildən təxliyə olunub. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
[video width="352" height="640" mp4="https://bakuplus.az/storage/photos/2023/04/339889922_6416855758348867_473309722240605230_n.mp4"][/video]