Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları xəstə insana köməklik ediblər. Bu haqda 16 noyabr tarixində FHN-in mətbuat xidməti xəbər verib.
Belə ki, bir nəfərin xəstəxanaya aparılması zərurəti yaranıb. Bununla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunublar.
Xilasedicilərin köməkliyi ilə vətəndaş 4-cü mərtəbədəki mənzildən aşağı düşürülüb və təcili tibbi yardım avtomobilinə mindirilərək həkim briqadasına təhvil verilib.