Paytaxtın Xətai rayonunda ana və övladları itkin düşüblər. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
26 yaşlı İlhamə Ağayeva və onun 5, 6 və 7 yaşlı övladları 25 fevral tarixində yaşadıqları evdən çıxıblar və onlar barəsində bir daha xəbər almaq mümkün olmayıb. Bu haqda onun həyat yoldaşı 31 yaşlı Emin Ağayev polisə müraciət edib.
Hazırda onların axtarışları aparılır.