Bakının Xətai rayonunda 31 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb. Bu haqda bu gün, 27 oktyabr tarixində Report məlumat verib.
Günel Məmmədova yolu keçərkən onu avtomobil vurub. Qadın təcili tibbi yardımın köməkliyi ilə sağ qasıq və oturaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.