Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində köşkə basqın edilib. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
2 nəfər Sabirabad rayon sakini saat 04:00 radələrində 20 yaşlı Elmir İbrahimlinin işlədiyi köşkə yaxınlaşaraq dəmir parça ilə onu hədələyib və 750 AZN oğurlayıblar.
Şübhəli bilinən şəxslərdən biri, Mehdi Abaszadə saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.