Paytaxtın Xətai rayonu, Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə birləşən hissəsində avtomobil alışıb. Bu haqda bu gün, 16 iyul tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
“Khazar” markalı nəqliyyat vasitəsi yanmağa başlayıb. Avtomobil tamamilə kül olub.
Ərazidə tıxac yaranıb. Hadisə yerinə polis və FHN-in əməkdaşları cəlb olunublar. Avtomobilin sahibi axtarılır.
[caption id="attachment_52727" align="alignnone" width="800"]
Foto Apa.az saytı[/caption]