Bakının Xətai rayonunda yerləşən ikimərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Binanın qamışdan düzəlmiş dam örtüyünün taxta atmaları 30 kv.m sahədə və şaxtasından keçən elektrik kabelləri yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.