Paytaxtın Xətai rayonu, “Elektrotok” adlanan ərazidə istilik borusu partlayıb. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Sakinlərin iddiasına görə, işıq naqillərinin üzərindən keçən boru partlayıb bə ətrafa su sıçramağa başlayıb. Nəticədə qısaqapanma təhlükəsi yaranıb, eləcə də avtomobil yolunda gölməçə yaranıb.
“Azəristiliktəchizat”dan məsələ ilə bağlı bildiriblər ki, payız-qış mövsümünün yekunlaşması ilə əlaqədar qurum hidravlik sınaq işlərinə başlayıb. Sızma da bu səbəbdən baş verib.
“Sınaq işləri hansısa problemi olan boruların aşkarlanması üçün aparılır. Bu, boru partlayışı deyil, sızmadır. Sınaq bu gün axşam bitəcək və həmin borunun təmirinə başlanılacaq”, - deyə qurum əlavə edib.
[video width="140" height="256" mp4="https://bakuplus.az/storage/photos/2023/04/bakida-istilik-borusu-partladi-su-kuc-y-axir-givefastlink.mp4"][/video]