Xətai rayonu, Sarayevo küçəsində yaşayan sakinlər lift problemindən əziyyət çəkirlər. Bu haqda bu gün, 18 avqust tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.c
Söhbət Sarayevo küçəsi, 3 ünvanından gedir. Sakinlərin sözlərinə görə, lift artıq istismar müddətini çoxdan bitirib. Buna görə də tez-tez xarab olur. Mütəmadi olaraq sakinlər liftdə qalırlar, liftin həftələrlə işləmədiyi olur.
“Hər 3 gündən bir xarab olur. İnsanlar saatlarla içəridə qalırlar. Bəzi detalları yanır öz gücümüzlə düzəldirik. Sakinlərin daha imkanı yoxdur”, – deyə sakinlər şikayət edirlər.
Bakı şəhər İcra Hakimiyyətindən bildirildi ki, bina korporativ olduğundan Bakı Lift İdarəsi heç bir məsuliyyət daşımır. Sakinlər problemi binanın nəzarətçisi ilə həll etməlidirlər. Nəzarətçi isə deyir ki, təmir-bərpa işləri yığılan vəsait hesabına görülür. Liftin dəyişdirilməsi üçün maliyyə vəsaitləri yoxdur.