Bakının Xətai rayonunda yerləşən evlərin birində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 27 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istidanən xəbər verir.
Ümumi sahəsi 48 kv.m olan 2 otaqlı mənzilin bir otağının döşəməsi 0,5 kv.m sahədə yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 1,5 kv.m sahədə əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.