Bakının Xətai rayonunda marketlərin birindən oğurluq etmək istəyən şəxs cinayət yerində saxlanılıb. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. Hadisə yerinə Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları göndəriliblər.
Polislər bir nəfərin mağazanın arxa tərəfində yerləşən ehtiyat çıxışından ora daxil olduğunun şahidi olublar. Əməliyyat nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum edilmiş Elvin Quliyev saxlanılıb. O, saxlanılan zaman polislərə bıçaqla müqavimət göstərməyə çalışıb.
Quliyevin üzərində 1700 manat aşkar olunub. Cinayətkarın mağazaya daxil olması mühafizə kameraları ilə lentə alınıb. Saxlanılan şəxsin analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
[caption id="attachment_89208" align="alignnone" width="640"]
Foto Daxili İşlər Nazirliyi[/caption]
[caption id="attachment_89207" align="alignnone" width="640"]
Foto Daxili İşlər Nazirliyi[/caption]