Paytaxtın Xətai rayonunda motosiklet qəza törədib. Bu haqda bu gün, 12 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə metronun “Həzi Aslanov” stansiyası yaxınlığında baş verib. 61 yaşlı Yeganə Aslanova avtomobil yolunu keçən zaman onu motosiklet vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.