Bakıda motosikletçi qəzaya uğrayıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 25 oktyabr tarixində xəbər verir.
Xətai rayonunda 44 yaşlı İlqar Eyyubovun idarə etdiyi motosiklet yol kənarındakı maneəyə çarpılıb.
Xəstəxanaya çatdırılan yaralıya sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.