Paytaxtın Xətai rayonu, N.Rəfiyev küçəsi, 24 ünvanında bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 17 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Naməlum şəxs xuliqanlıq edərək Salyan sakini Taleh Mürsəlova 2 bıçaq zərbəsi vurub. Nəticədə yaralı 2 saylı Əfəndiyev xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.