Bakıda bıçaqlanma hadisəsi baş verib. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 22 oktyabr tarixində xəbər verir.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında Naxçıvan sakini, 36 yaşlı Ramal Novruzov mübahisə zəminində tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Kliniki Tibbi Mərkəzə yerləşdirilən yaralı cərrahi əməliyyat edilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.