Paytaxtın Xətai rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Çoxmərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 40 kv.m olan obyekt 6 kv.m sahədə alışıb. Otağın digər hissələri və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.