Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
FHN-in əməkdaşları hadisə yerinə cəlb olunublar. Yanğın qısa müddətdə söndürülüb. Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.