Paytaxtın Xətai rayonunda 35 yaşlı kişini avtomobil vurub. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Orxan Hüseynov avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada qapalı kəllə-beyin travması və baş-beyin əziyi ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.