Paytaxtın Xətai rayonunda qadına qarşı quldurluq edən şəxs tutulub. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sahil Əliyev adıçəkilən rayon ərazisində qadına yaxınlaşaraq ona zor tətbiq edib və 300 AZN dəyərində olan mobil telefonunu oğurlayıb. Şübhəli şəxs saxlanılıb. O, törətdiyi əməli etiraf edib.
Faktla bağlı araşdırmalar davam edir.