Paytaxtın Xətai rayonunda restoran yanıb. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 500 kv.m olan birmərtəbəli restoranın tüstü bacası 2 kv.m sahədə alışıb. İaşə obyektinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.