Paytaxtın Xətai rayonunda silahlı şəxs və oğru saxlanılıblar. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyatlar zamanı Oruc Babayev tutulub. Onun üzərində 1 ədəd revolver tipli tapança və 3 ədəd patron aşkar edilib.
Daha bir əməliyyat zamanı Naib Musayev transformator məntəqəsindən oğurluq edən zaman saxlanılıb. O, məntəqəyə 2000 AZN məbləğində ziyan vurmaqda şübhəli bilinir.
[caption id="attachment_93078" align="alignnone" width="640"]
Foto DİN-nin mətbuat xidməti[/caption]