Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 97 kv.m olan 3 otaqlı mənzilin mətbəxində aspirator və xalça yanıb. Əlavə olaraq, yüksək temperaturdan mətbəx mebeli 3 kv.m sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.