Paytaxtın Xətai rayonunda yerləşən yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Üçmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən və ümumi sahəsi 65kv.m olan mənzil 4 kv.m sahədə, tavan isə 6 kv.m sahədə alışııb. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.