Paytaxtın Xətai rayonunda yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı ev 20 kv.m sahədə kül olub. Alov tikilinin dam örtüyünə də ziyan vurub. 1 nəfər tüstüdən zəhərlənib. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.