Bakının Xətai rayonunda başlayan tikinti işləri dayandırılıb. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Sarayevo küçəsindəki yaşıllıqda qeyri-qanuni tikilən obyekt Xətai Rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə sökülüb və ərazi əvvəlki vəziyyətinə qaytarılıb.
Həmçinin həmin ərazidə cari ilin yanvar ayında qeyri-qanuni olaraq restoran açılıb. Məsələ ilə bağlı rəsmi qurumlara müraciət göndərilsə də, heç bir tədbir görülməyib.