Bakının Xətai rayonunda yerləşən ikimərtəbəli evdə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli 4 otaqlı evin mətbəxində ev əşyaları yanıb. Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 20 kv.m sahədə əriyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.