Paytaxtın Xətai rayonu, Yusif Səfərov küçəsində 2 qardaş avtoqəzaya düşüb. Bu haqda bu gün, 9 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
20 yaşlı Kamran və 19 yaşlı Nurlan Qədirovlar yolu piyadalar üçün nəzərdə tutulmamış hissədən keçən zaman onları avtomobil vurub. Qardaşlar Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma davam edir.