Xətai rayonunda 2 avtomobil toqquşub. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az APA-ya istiandən xəbər verir.
Hadisə rayonun Xəqani Rüstəmov küçəsi və 8 Noyabr prospektinin kəsişməsində baş verib. “Toyota Land Cruiser” markalı avtomobil işıqforun qırmızı işığına məhəl qoymayaraq kəsişməyə daxil olub. Bu zaman nəqliyyat vasitəsi digər yolla hərəkət edən ”Toyota Prius” markalı maşınla toqquşub.
Nəticədə sonuncunun sürücüsü – Etibar Bağırov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_123198" align="alignnone" width="640"]
Foto APA.az[/caption]