Bakının Xətai rayonunda piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 23 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
73 yaşlı Vəhbi Məmmədov yolu keçərkən onu avtomobil vurub. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Xəstəxanada müayinə zamanı kişiyə müştərək travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.