Bakının Xətai rayonunda piyadanın ağır xəsarətlər alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 10 mart tarixində Report məlumat verib.
84 yaşlı Kərim Heydərov yolu keçərkən onu avtomobil vurub. Kişi müştərək, qapalı kəllə-beyin travması və baş-beyinin ağır dərəcəli əziyi diaqnozları ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdıma başlanıb.