Xətai rayonunda piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
57 yaşlı Rəsmiyyə Quliyeva avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.