Xətai rayonunda mənzildən meyit tapılıb. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
1 nəfərin bağlı qapı arxasında qalması ilə bağlı FHN-ə müraciət daxil olub. Əraziyə gələn əməkdaşlar qapını açdıqdan sonra içəridə 1 nəfərin meyitini tapıblar.
Cəsəd aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.