Xətai rayonu ərazisində yerləşən gözəllik salonlarının birində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə salonda işləyən qadının içərisində 1300 manatı və bank kartları olan pulqabısının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Laçın rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Tərlan Bədəlova saxlanılıb. Faktla bağlı araşdırma aparılır.