Xətai rayonunda narkotik alverçisi tutulub. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Həsənov saxlanılıb. Onun yaşadığı evdə 1,4 kiloqram heroin aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam edir.