Xətai rayonunda qətl hadisəsi baş verib. Bu haqda bu gün, 17 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə NZS qəsəbəsində yerləşən avtomobil təmiri sexində baş verib. Bu gün, saat 15:00 radələrində 39 yaşlı Elməddin Fətullayev əmisi, 52 yaşlı Arif Fətullayevi tüfənglə vurub. Nəticədə sonuncu hadisə yerində dünyasını dəyişib. E.Fətullayev hadisə yerindən qaçsa da, daha sonra saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.