Xətai rayonunda mənzildən meyit tapılıb. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-in qaynar xəttinə bir nəfərin bağlı qapı arxasında qalması ilə bağlı müraciət daxil olub. Əraziyə gələn əməkdaşlar qapını açdıqdan sonra içəridə meyit tapıblar.
Cəsəd aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.