Xətai rayonunda yaşayış binasında yanğın olub. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 49,5 kv.m olan 2 otaqlı mənzilin mətbəxində baş verib. Nəticədə mətbəx mebeli və 3 ədəd məişət avadanlığı yanıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.