Xətai rayonu, 8 Noyabr prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İslam Yusifovun idarə etdiyi "Toyota Prius" markalı avtomobil yol kənarında dayanan, Rövşən Abbasovun idarə etdiyi "Azİnşaat" MMC-yə məxsus "MAN TGA" markalı yük avtomobilinə çarpılıb. Nəticədə həkimlərin səylərinə baxmayaraq, İ.Yusifov xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işinə başlanılıb.