Xətai rayonunda mobil telefon oğrusu tutulub. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, 35 yaşlı Rəvan Baxışov adıçəkilən rayon ərazisində yerləşən restoranda həmyerlisi U.Musayevin mobil telefonunu oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.