Bakının Xətai rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 11 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Taksi fəaliyyəti göstərən avtomobil hərəkətdə olarkən digər nəqliyyat vasitəsinə çarpılıb. Hadisə zamanı taksinin sərnişini, 42 yaşlı Aynurə Qafarova xəsarət alıb. Qəza yerinə təcili tibbi yardım cəlb olunub. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.