Bakının Xətai rayonunda yataqxana binası yanıb. Bu haqda bu gün, 12 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma beşmərtəbəli yataqxananın 3-cü mərtəbəsində baş verib. Ümumi sahəsi 21 kv.m olan 1 otaqlı mənzilin mətbəxində 3 kv.m sahədə mebel və elektrik sobası yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Mənzilin digər hissələrinə ziyan dəyməyib. Xəsarət alan olmayıb.