Bakının Xətai rayonunda yerləşən marketlərin birindən oğurluq olunub. Bu haqda məlumatı Bakuplus.az bu gün, 24 fevral tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.
Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Ə.Şirvani küçəsində yerləşən marketlərin birindən 912 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.İsmayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.